partners

01

 

«METAK» Şirkəti 1997-ci ildə təsis edilmişdir. Şirkət MDB ölkələri, əsasən Rusiya ve Ukrayna istehsalı olan boruların, boru kəmərləri hissələrinin daxili bazara idxalı, eyni zamanda polad dirsək və keçidlərin, tikinti işkələlərinin, inşaat dirəklərinin, sifariş əsasında polad döymə məmulatlarının və yerli istehsalın fəxri olacaq səviyyədə polipropilen (plastik) boru və birləşdirici hissələrinin istehsalı kimi geniş bir fəaliyyət sahəsinə mənsubdur.
Hal-hazırda «METAK» Şirkəti iki komplektləşdirmə bazasına, maqistrala çıxan şəxsi yollara və anbarlara malik böyük müəssisədir.

02

 

“Viessmann Group” – dünyanın ən böyük istilik sistemləri istehsalçıları sırasına daxil olan şirkətdir. Şirkətin baş ofisi Almaniyanın Allendorf şəhərində yerləşir. “Viessmann” dünyanın 11 ölkəsində 27 istehsal müəssisəsinə sahibdir. Şirkət istilik sistemləri, gün enerjisindən faydalanan sistemlər, istilik nasosları, havalandırma və kondisioner sistemlərinin istehsalı ilə məşquldur. Şirkətin etibarlı partnyor adına malik olması istehsal etdiyi sistemlərin yüksək keyfiyyətə malik olması ilə əsaslandırılır.

03

 

“Hitachi” – dünyanın ən böyük şirkətlər siyahısına daxildir. Hitachi korporasiyasına 1100-dən artıq şirkət daxildir! Hitachi Air-Conditioning Products korporasiyanın klimatik sistemlərinin istehsalı ilə məşquldur. Fəaliyyət göstərdiyi müddət ərzində Hitachi şirkətinin havalandırma sistemləri dünyanın müxtəlif ölkələrində 100-dən artıq mükafatlara layiq görülüb.

04

 

Bosch – dünya məhşurlu Alman şirkətlər qrupudur. Holdinqin əsası 1886 ildə qoyulub. Bosch Thermotechnology – Avropanın ən böyük istilik sistemləri, avtomatika və kondisioner sistemləri istehsalı ilə məşqul olan şirkətidir. Bosch Security Systems şirkətinin fəaliyyətinin əsasını təhlükəsizlik və videomüşahidə sistemləri təşkil edir. Bosch şirkətinin standartları artıq bütün Avropa standartları anlamına gəlir.

05

 

Ariston şirkəti ölkəmizdə istilik sistemləri istehsalı ilə məşqul olan şirkətlər arasında ən yaxşı tanınanlardandır. Şirkət həm fərdi yaşayış evləri üçün, həmdə böyük sənaye müəssisələri üçün hər növ istilik sistemləri və əsasən istilik qazanları istehsalı ilə məşhurdur.

06

 

İmmergas İtaliyanın bir nömrəli istilik qazanları istehsalçısıdır. Şirkət Avropa, Rusiya, Türkiyə və digər ölkələrdə bu sənaye sektorunun liderləri siyahısına daxildir. Şirkətin istehsal etdiyi qazanlar müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. İmmergas 15 istehsal xəttinə malikdir. Bu, gündə 1500 qazanın istehsal olunmasına şərait yaradır.

07

 

Buderus şirkəti 1825 ildə yaranıb. Şirkət fəaliyyətini tam olara istilik sistemlərinin istehsalı təşkil edir. İstehsal olunan sistemlərin əsas inkişaf istiqaməti kimi Buderus şirkəti qənaetçilik və ətraf mühitə zərəlin azaldılması prinsiplərini müəyyən edib. Şirkətin əsas istehsal müəssisələri Avropa və ABŞ-da yerləşir. Buderus şirkəti Bosch şirkətlər qrupuna daxildir.

08

 

GREE – dünyanın ən böyük kondisioner istehsalçısıdır. Şirkət 2 növ kondisioner və havalandırma sistemləri təklif edir: yaşayış evləri üçün və kommersiya və sənaye obyektləri üçün. GREE kondisionerləri bütün dünyada yüksək keyfiyyəti ilə məşhurdur.